Almaniyada hərbçilərlə polis arasında atışma olub.
Modern.az xəbər verir ki, hadisə Münhen şəhərində baş verib.
İctimai yerdə, ferma ətrafında hərbi təlim keçən hərbçilər ətrafdakı insanlar tərəfindən polisə şikayət edilib. hadisə yerinə gələn polisləri planın bir hissəsi hesab edən əsgərlər onlara təlim mərmisindən atəş açıb, polis isə onlara həqiqi mərmi ilə cavab verib. Nəticədə bir nəfər əsgər yaralanıb.
Alman mətbuatında gedən məlumata görə, polis təlimdən xəbərsiz olub.