ABŞ-nin Şimali Karolina ştatında əyləncə tədbirində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb.
Modern.az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan daha yeddi nəfərin vəziyyəti ağırdır.
Robson əyalət şerifinin yaydığı məlumatına görə, Makston şəhərinin yaxınlığında baş verən insidentdə ümumilikdə 13 nəfər güllələnib. Bildirilir ki, hüquq-mühafizə orqanları gələnə qədər 150-dən çox insan atışma yerindən qaçıb. Hadisəni törətməkdə təqsirli bilinən şəxslər hələlik müəyyən olunmayıb.