Moskva polisi Prokşino yaşayış kompleksinin yaxınlığında dəyənək və kürəklərlə silahlanmış işçilər arasında baş verən kütləvi davadan sonra xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
Modern.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volkun sözlərinə görə, 40 nəfər saxlanılıb.
O qeyd edib ki, davada iştirak edən əcnəbilər məsuliyyətə cəlb olunacaqlar.
"Həbs cəzası verilməyən xarici vətəndaşlar ölkəmizdən deportasiya ediləcəklər və sonradan müəyyən edilmiş qanuni prosedurlara uyğun olaraq ölkəyə girişinə icazə verilməyəcək. Bu tədbirin həyata keçirilməsinə Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyi nəzarət edir", - deyə o əlavə edib.
Yaşayış kompleksi sakinləri işçilərin təmir olunan əmlak üzərində mübahisə etdiyini və park edilmiş avtomobillərə ziyan dəydiyini bildiriblər.