ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mümkün görüşü barədə danışarkən Azərbaycan və Ermənistanı da xatırladıb.
Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
“Biz əmin olmalıyıq ki, razılaşma əldə edəcəyik. Mən vaxtımı boş yerə sərf etməyə hazıram. Mənim Putinlə həmişə yaxşı münasibətlərim olub, amma çox məyus oldum. Mən düşünürdüm ki, bu məsələni Yaxın Şərqdə sülh əldə olunmazdan əvvəl həll edə bilərik”, – Tramp bildirib.
Amerika lideri Azərbaycan və Ermənistan arasındakı sülh prosesini misal gətirərək qeyd edib ki, bu, çox çətin məsələ idi.
“Azərbaycanla Ermənistan məsələsinə baxın, bu, çox mürəkkəb idi. Putin mənə telefonda dedi: "Bu inanılmaz idi, hamı çalışdı, amma heç kim bacarmamışdı. Sən isə bacardın", - deyə Tramp söyləyib.
Tramp həmçinin Hindistan və Pakistan arasındakı münasibətlərdən danışaraq bildirib ki, bir çox mürəkkəb razılaşmalar əldə etsə də, Rusiya və Ukrayna arasındakı vəziyyət fərqlidir:
“Onların arasında çox böyük nifrət var. (Ukrayna Prezidenti Volodimir) Zelenski ilə Putin arasında düşmənçilik son dərəcə dərin və köklüdür,” – deyə ABŞ Prezidenti vurğulayıb.