Modern.az

Tramp 48 saat vaxt verdi

Tramp 48 saat vaxt verdi

26 Oktyabr 2025, 08:39

ABŞ prezidenti Donald Tramp ölən girovların cəsədlərini mümkün qədər tez İsrailə qaytarmayacağı təqdirdə HAMAS-a qarşı tədbir görüləcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, o bu barədə öz “Truth” səhifəsində məlumat verib.

 

"HAMAS iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini mümkün qədər tez qaytarmağa başlamalı olacaq. Əks halda bu böyük sülh prosesində iştirak edən digər ölkələr tədbir görəcək", - o deyib.

 

Tramp həmçinin əlavə edib ki, növbəti 48 saat ərzində HAMAS-ın hərəkətlərini çox diqqətlə izləyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır