Modern.az

Türkiyədə məhkumlar arasında ZƏHƏRLƏNMƏ

Türkiyədə məhkumlar arasında ZƏHƏRLƏNMƏ

Dünya

26 Oktyabr 2025, 10:06

Türkiyənin Amasya vilayətində yerləşən cəzaçəkmə müəssisələrindən birində məhkumlar arasında zəhərlənmə baş verib.

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, axşam yeməyindən sonra 6 məhkumun halı pisləşib.

 

Zəhərlənmə əlamətləri nümayiş etdirən məhkumlar öncə həbsxananın poliklinikasına, daha sonra isə vilayətin universitet xəstəxanasına aprılıblar.

 

Qida zəhərlənməsi diaqnozu qoyulan məhkumlardan dördü xəstəxanadan buraxılıb, iksinin isə müalicəsi davam edir.

 

Faktla bağlı araşdırma başladılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı