Modern.az

Tramp: Müharibələri dayandırmağı sevirəm

Tramp: Müharibələri dayandırmağı sevirəm

Dünya

26 Oktyabr 2025, 13:05

ABŞ Prezidenti Donald Tramp müharibələri dayandırmağı sevdiyini deyib, amma bildirib ki, bunu hobbi adlandırmazdı.

 

Modern.az-ın məlumatına görə, o, bu açıqlamanı Kuala-Lumpurda, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Tailand və Kambocanın münasibətləri haqqında birgə bəyannamənin imzaladığı vaxt verib.

 

"Tailand və Kamboca liderlərinə zəng etdiyim günü heç vaxt unutmayacağam, çünki bu, həllinə kömək etdiyim ilk müharibələrdən biri idi. Mən bunu etməkdən zövq aldım. Bunu hobbi adlandırmazdım, çünki bu, hobbidən daha ciddidir, amma mən bu işi yaxşı görürəm və bunu etməyi sevirəm", - o qeyd edib.

 

"BMT bunu etməlidir, amma etmir", - o, BMT Baş Assambleyasındakı çıxışı zamanı teleprompterin söndüyünü və eskalatorda da problemlərin olduğunu xatırladaraq əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı