Modern.az

Krım tatarlarının lideri oğlunu torpağa tapşırdı

Krım tatarlarının lideri oğlunu torpağa tapşırdı

Dünya

26 Oktyabr 2025, 20:58

Krım tatarlarının milli lideri və Ukrayna Parlamentinin üzvü Mustafa Əbdülcəmil Krımoğlunun böyük oğlu Eldar Əbubəkirovun cənazəsi torpağa tapşırılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir neçə gün öncə vəfat edən Eldar Əbubəkirovun nəşi dünən İstanbuldakı İhlamurkuyu qəbiristanlığında dəfn olunub.

Mərasimdə Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlal, Ukraynanın İstanbuldakı baş konsulu Roman Nedilski, diaspor nümayəndələri iştirak ediblər.

Mustafa Əbdülcəmil Krımoğlu simvolik vida mərasimində oğlunun məzarı üzərinə Rusiyanın işğalı altında olan Krımdan gətirilmiş torpaq səpib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı