Modern.az

Çin sahillərində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü

Çin sahillərində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü

Dünya

26 Oktyabr 2025, 16:55

Çinin cənubundakı Quandun əyalətinin sahillərində yük və konteyner gəmilərinin toqquşması nəticəsində iki nəfər itkin düşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

 

Məlumata görə, hadisə şənbədən bazar gününə keçən gecə Çjuçzyan çayının mənsəbində baş verib. Nəticədə yük gəmisi batıb və 15 heyət üzvündən ikisi itkin düşüb. Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatına başlayıb.

 

Hadisənin səbəbi araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı