Modern.az

Gümrü merinə yeni İTTİHAM 

Gümrü merinə yeni İTTİHAM 

Dünya

26 Oktyabr 2025, 22:47

Ermənistanın Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyana qarşı yeni cinayət işi başlanıb.  Onun vəkillərinin verdiyi məlumata görə, bu dəfə Qukasyan Ermənistanın suverenliyindən imtina çağırışı ittihamı ilə üzləşib.

Modern.az bu barədə "News.am"a istinadən xəbər verir.

Qukasyana qarşı ittiham Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi (dövlətin suverenliyindən imtina etməyə yönəlmiş ictimai çağırışlar) əsasında irəli sürülüb.

Onun müdafiəçiləri ittihamı əsassız və siyasi motivli təqib adlandırıblar. Açıqlamada bildirilir ki, merin çıxışları Ermənistan qanunvericiliyinin heç bir müddəasına zidd deyil və ifadə azadlığı çərçivəsində qiymətləndirilməlidir.

Yeni cinayət işinə səbəb merin Ermənistanın gələcək ittifaqları barədə səsləndirdiyi fikirlər olub. Qukasyan bildirib: “Mən demirəm ki, biz Pyatiqorsk vilayəti və ya Ulyanovsk vilayəti olmalıyıq. Mən deyirəm ki, Ermənistan Respublikası öz qanunları, parlamenti, hökuməti və prezidenti ilə birlikdə ittifaq yaratmalıdır.”

Bu bəyanat prokurorluq tərəfindən “suverenlikdən imtina çağırışı” kimi qiymətləndirilib.

Xatırladaq ki, Vardan Qukasyan oktyabrın 21-də rüşvət alma ittihamı ilə iki aylıq həbs edilib.

Ermənistanın Antikorrupsiya Komitəsinin məlumatına görə, Qukasyan şəhərin baş memarı ilə birgə 1,5 min kvadratmetrlik qanunsuz tikiliyə görə sahibkardan 4 milyon dram (təxminən 10 min dollar) rüşvət tələb edib.

Hazırda həm korrupsiya, həm də suverenliklə bağlı yeni cinayət işi üzrə istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı