Modern.az

Mahmud Abbas hakimiyyəti təhvil verəcək?

Mahmud Abbas hakimiyyəti təhvil verəcək?

Dünya

26 Oktyabr 2025, 23:34

Fələstin Muxtariyyətinin (FM) Prezidenti Mahmud Abbas yeni konstitusion bəyannamə imzalayıb.

Sənədə əsasən, onun vəzifəsindən getməsi və ya vəfatı halında Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsi sədrinin müavini prezident səlahiyyətlərini icra edəcək.

Modern.az xəbər verir ki, bu barədə rəsmi WAFA agentliyi məlumat yayıb.

Hazırda həmin vəzifəni Hüseyn əş-Şeyx tutur və Abbasın potensial varisi kimi qiymətləndirilir.

Bəyannaməyə əsasən, müvəqqəti prezidentin səlahiyyət müddəti 90 gün olacaq. Bu müddət ərzində Fələstin qanunvericiliyinə uyğun olaraq azad və birbaşa prezident seçkiləri keçirilməlidir. Əgər fövqəladə vəziyyət və ya texniki səbəblər üzündən seçkiləri vaxtında keçirmək mümkün olmasa, Fələstin Mərkəzi Şurası bu müddəti yalnız bir dəfəlik uzada biləcək.

90 yaşına yaxınlaşan Abbas açıqlamasında qeyd edib ki, bu qərar “Fələstin siyasi sisteminin qorunması və konstitusion institutların davamlılığını təmin etmək” məqsədi daşıyır.

O vurğulayıb ki, qanunun aliliyi, şəxsiyyət azadlığı, bərabərlik, demokratiya, plüralizm və sosial ədalət gələcək idarəçilik modelinin əsas prinsipləri olmalıdır:

Qeyd edək ki, Mahmud Abbas 2005-ci ildən Fələstin Muxtariyyətinin başçısıdır. Onun səhhəti və siyasi varisliyi məsələsi son illər region və beynəlxalq müşahidəçilərin diqqət mərkəzindədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı