Modern.az

Çin maşını bir neçə saniyə içərisində külə döndü - ANBAAAN GÖRÜNTÜLƏR

Çin maşını bir neçə saniyə içərisində külə döndü - ANBAAAN GÖRÜNTÜLƏR

Dünya

26 Oktyabr 2025, 23:55

Çinin Şanxay şəhərində “LiXiang” markalı elektromobil hərəkət edən zaman bir neçə saniyə ərzində alışaraq yanıb.

Modern.az xəbər verir ki, avtomobil qəfil alovlanıb və tamamilə yanaraq külə dönüb.

Hadisə yerindən çəkilən görüntülərdə alovun avtomobilin ön hissəsindən başladığı, qısa müddətdə bütün kuzovu bürüdüyü görünür. Hadisə zamanı sürücünün avtomobili tərk etməyə vaxt tapdığı, xəsarət alanın olmadığı bildirilir.

Mütəxəssislər yanğının səbəbinin CATL şirkətinin “Qilin” tipli yeni batareya sistemi ola biləcəyini istisna etmirlər. Həmin akkumulyatorlar “LiXiang” brendinin son modellərində istifadə olunur və yüksək enerji sıxlığı ilə seçilir.

Hazırda hadisənin səbəbləri araşdırılır, batareya sisteminin texniki təhlükəsizlik standartlarına uyğunluğu ilə bağlı rəsmi ekspertiza aparılır.

“LiXiang” (Li Auto) son illər Çində ən sürətlə böyüyən elektromobil istehsalçılarından biri hesab olunur və yeni modellərində uzun məsafə qət etmə qabiliyyətini artırmaq üçün hibrid enerji sistemlərindən istifadə edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı