Modern.az

İmamoğlu casusluq işində 3 saat dindirildi

İmamoğlu casusluq işində 3 saat dindirildi

Dünya

27 Oktyabr 2025, 00:54

İstanbul bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu casusluq işi çərçivəsində dindirilib.

Modern.az xəbər verir ki, dindirilmə Çağlayan ədliyyə binasında baş tutub və təxminən 3 saat davam edib.

Binanın qarşısında yüzlərlə tərəfdarı toplaşaraq onun şəkillərini qaldırıb və azadlıq tələbi ilə şüarlar səsləndirib.

Məlumata görə, istintaq iki gün əvvəl başlanıb. 

Türkiyə mediasının yazdığına görə, casusluq işi 4 iyulda həbs olunan Hüseyn Günün ifadələrindən sonra açılıb. Gün FETÖ hərəkatı, PKK və bir neçə xarici dövlətin nümayəndələri ilə əlaqələrdə ittiham olunur.

İttihama əsasən, Gün bu təşkilatların maraqlarına uyğun olaraq kütləvi iğtişaşların maliyyələşdirilməsi, gizli məlumatların ötürülməsi və 2019-cu il bələdiyyə seçkilərinə dair məlumatların paylaşılması ilə məşğul olub. Onun həmçinin Türkiyə ordusuna məxsus silah sistemləri ilə bağlı məlumatları xarici dairələrə ötürdüyü iddia edilir.

Türkiyənin Maliyyə Cinayətlərini Araşdırma Komissiyasının (MASAK) hesabatında göstərilir ki, Hüseyn Günün rəsmi kommersiya fəaliyyəti olmasa da, o, böyük məbləğdə pul köçürmələri həyata keçirib və 85 milyon lirəni (təxminən 2 milyon dollar) sənədsiz şəkildə nağdlaşdırıb.

Araşdırmalar Günün “FETÖ-nün İngiltərə imamı” kimi tanınan Mustafa Özcanla görüşdüyünü, ondan göstərişlər aldığını da üzə çıxarıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı