Prezident Donald Tramp administrasiyasının sərt tənqidçisi olan Kaliforniya qubernatoru Qevin Nyusom gələn il keçiriləcək ara seçkilərdən sonra 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürməyi düşünəcəyini bildirib.
Modern.az xəbər verir ki, o, CBS News Sunday Morning-ə verdiyi açıqlamada belə deyib.
Ara seçkilərdən sonra prezidentliyə namizədliyi ciddi şəkildə nəzərdən keçirəcəyi soruşulduqda, Nyusom "bəli, əks halda yalan danışardım" cavabını verib.
Kaliforniya qubernatorunun səlahiyyət müddəti 2027-ci ilin yanvarında başa çatır və bundan sonra iki müddətlik məhdudiyyət səbəbindən yenidən namizədliyini irəli sürə bilməyəcək.
Nyusom ilk dəfə 2018-ci ildə seçilib və 2021-ci ildə yenidən seçilib. Keçən yay "The Economist" və "Bloomberg" jurnalları Baydenin Donald Trampla uğursuz debatlarından sonra onu 2028-ci il prezident seçkilərində Cozef Baydenin mümkün varisi kimi qeyd ediblər.