Modern.az

Putin Tokayevlə danışıq apardı

Putin Tokayevlə danışıq apardı

Dünya

27 Oktyabr 2025, 14:08

Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, danışığın əsas mövzusu Qazaxıstan Prezidentinin Rusiyaya diplomatik status baxımından ən yüksək dövlət səfərinə hazırlıq olub.

Kremlin mətbuat xidməti bəyan edib ki, Putin Tokayevi Respublika Günü münasibətilə təbrik edib

Gündəmdəki ikitərəfli cari məsələlər müzakirə edilib.

Tokayevin Rusiyaya səfəri 12 noyabr tarixinə planlaşdırılıb.

Qazaxıstan tərəfinin məlumatına görə, söhbət zamanı iki lider, digər məsələlərlə yanaşı, mövcud qlobal vəziyyəti, eləcə də Moskva ilə Astana arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafını müzakirə ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı