Rusiyada həbs edilən azərbaycanlı iş adamı, Voronejdəki “Alekseyevski” bazarının sahibi Yusif Xəlilovun azadlığa buraxılması xəbərləri həqiqəti əks etdirmir.
Modern.az xəbər verir ki, bu barədə "Abireg" məhkəmə məlumatlarında deyilir.
Qeyd edilib ki, aərbaycanlı iş adamı Yusif Xəlilovun məhkəməyəqədərki həbs müddəti 13 oktyabrda uzadılıb; o, ən azı 15 dekabra qədər həbsdə qalacaq.
Lakin məhkəmə iş adamının taleyi ilə bağlı əlavə məlumata malik olmadığını açıqlayıb.
"Onun taleyi bundan sonra nə olacaq? Bu barədə heç bir məlumatımız yoxdur", - deyə məhkəmədən bildirilib.