Modern.az

Mərkəzi Asiya liderləri Trampla görüşə gedirlər

Mərkəzi Asiya liderləri Trampla görüşə gedirlər

Dünya

27 Oktyabr 2025, 21:38

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatlı sammitə dəvət edib.

Modern.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Bu, “C5+1” formatında keçiriləcək ikinci sammit olacaq. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyasının kuluarlarında, ABŞ-ın o zamankı prezidenti Co Baydenin dövründə Nyu-Yorkda baş tutmuşdu.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa “səmimi minnətdarlığını” ifadə edən məktub göndərib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadir Japarov da sammitdə iştiraklarını təsdiqləyiblər.

Region mediasının məlumatına görə, dəvətdən öncə ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serxio Qor və dövlət katibinin müavini Kristofer Landau Mərkəzi Asiyaya səfər ediblər. Onlar oktyabrın 25-də Daşkəndə səfər ediblər.

ABŞ Dövlət Departamenti açıqlayıb ki, səfərin məqsədi “kritik əhəmiyyətli mineral resurslar və enerji sahəsində ticarət və investisiyalarla bağlı məsələləri, eləcə də «C5+1» formatında regional əməkdaşlığın inkişafını müzakirə etməkdir”.

Amerikalı rəsmilər Özbəkistanda xarici işlər naziri Baxtiyor Saylov və ölkədə fəaliyyət göstərən ABŞ şirkətlərinin nümayəndələri ilə görüşüblər. Qor və Landau yaxın günlərdə Qazaxıstana da səfər edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı