Türkiyə və Böyük Britaniya arasında 20 ədəd “Eurofighter” döyüş təyyarəsinin alışına dair müqavilə imzalanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş Naziri Kir Starmerlə keçirilən birgə mətbuat konfransında məlumat verib.
O bildirib ki, 20 ədəd “Eurofighter” döyüş təyyarəsinin alınmasına dair müqavilə artıq imzalanıb.
İki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa dair razılaşmalar da əldə olunub.