Modern.az

Bu istiqamətdə ağır döyüşlər gedir - Zelenski təsdiqlədi

Bu istiqamətdə ağır döyüşlər gedir - Zelenski təsdiqlədi

Dünya

28 Oktyabr 2025, 00:55

“Donetsk vilayətinin Pokrovsk şəhəri rus ordusunun əsas hədəfidir. Rusiya ən çox qüvvəsini orada cəmləyib və şəhərdə döyüşlər davam edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində məlumat verib.

 

Zelenski hərbçilərlə Pokrovsk və qonşu rayonlardakı vəziyyəti müzakirə etdiyini bildirib.

 

“Pokrovsk işğalçıların hazırda əhəmiyyətli hücum fəaliyyətinə malik olduğu yerdir. Döyüşlər şəhərdə də davam edir” - deyə Zelenski vurğulayıb.

 

Prezident əlavə edib ki, ordunun bu sahədə əldə etdiyi hər bir nailiyyət bütün Ukraynanın müdafiəsi üçün xeyirdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı