Modern.az

Tramp Azərbaycanla Ermənistandan danışdı: “Biz bunu etdik” 

Tramp Azərbaycanla Ermənistandan danışdı: “Biz bunu etdik” 

Dünya

29 Oktyabr 2025, 10:46

ABŞ Prezidenti Donald Tramp yenidən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın 8 avqustda Ağ Evdə baş tutan görüşünü xatırladıb.

Modern.az-ın məlumatına görə, Tramp çıxışında bildirib ki, həmin görüş iki ölkə arasında uzun illər davam edən münaqişənin sonlanması baxımından mühüm hadisə idi:

“Azərbaycan və Ermənistan arasındakı vəziyyətə baxın. Rusiya Prezidenti Vladimir Putin dedi ki, bu, əla idi, onlar bu müharibəni dayandıra bilməmişdilər. 33 il keçdi, milyonlarla insan həlak oldu. Amma biz bunu etdik. Hər iki ölkə gəldi, burada (əlləri ilə göstərir) oturdu və getdikcə bir-birinə daha da yaxınlaşdı. Bir saat sonra isə çox yaxın oldular. Bu, gözəl mənzərə idi, iki gözəl ölkə, iki əla lider”, - deyə Tramp vurğulayıb.

Xatırladaq ki, 8 avqustda Vaşinqtonda keçirilən görüş zamanı Azərbaycan və Ermənistan liderləri ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarının yeni mərhələsini müzakirə etmişdilər. ABŞ administrasiyası həmin görüşü Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyev CANLIDA skandal adlar çəkir - Bu şəxslər həbs olunacaq