"David Hambardzumyanın işi üzrə hökm hələ qüvvəyə minmədiyi üçün Paşinyana qarşı etimadsızlıq səsverməsi pozula bilməz".
Modern.az xəbvər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan jurnalistlərə bildirib. O deyib ki, vəkillər hökmdən apelyasiya şikayəti verəcəklər və bu müddət ərzində David Hambardzumyanın bütün hüquqları qorunur.
"Buna görə də, David Hambardzumyan impiçment prosesi zamanı baş nazirliyə namizədimiz olaraq qalır", - deyə o bildirib.
Hambardzumyanın həbsinin bu proseslə əlaqəli olub-olmadığı soruşulduqda, Sarkisyan cavab verib ki, xeyr, bu, təkcə həmin prosesə görə deyil, həm də onun mövqeyinə görədir.
Partiyanın Paşinyanın vəzifədən kənarlaşdırılması üçün nəzərdən keçirdiyi digər variantlara gəldikdə, eks-prezident deyib:
"İmpiçment prosesini irəli aparmaqdan başqa planımız yoxdur. Kiminsə başqa planları və ya təklifləri varsa, onları eşitməkdən məmnun olarıq".