Modern.az

Sərhədlərin açılması üçün heç bir maneə yoxdur - PAŞİNYAN

Sərhədlərin açılması üçün heç bir maneə yoxdur - PAŞİNYAN

Dünya

30 Oktyabr 2025, 10:12

Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması artıq yalnız zaman məsələsidir.

Modern.az xəbər verir ki, bunu Parisdə keçirilən 8-ci Sülh Forumunda Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, hazırda iki ölkə arasında bu prosesin qarşısında ciddi maneə yoxdur.

“Heç bir əhəmiyyətli maneə qalmayıb. Sadəcə, zaman lazımdır”, - deyə o vurğulayıb.

Ermənistan baş naziri dəqiq tarix göstərməsə də, gələcəkdə Ankara və İrəvanın siyasi və iqtisadi əməkdaşlıq quracağına əminliyini ifadə edib.

“Elə bir vaxt gələcək ki, Ermənistan və Türkiyə normal qonşulara çevriləcək”, – Paşinyan əlavə edib.

O, həmçinin bölgədə yaranmış yeni reallığa diqqət çəkib: “Bizdə sülh var və bu, reallıqdır. Bu, təkcə Azərbaycanla münasibətlərimizdə deyil, bütövlükdə region üçün tarixi dəyişiklikdir”.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır