Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin sabiq müşaviri, Prezident yanında Mərkəzi Kommunikasiya Xidmətinin sabiq rəhbəri Yerjan Babakumarov qətlə yetirilib.
Modern.az xəbər verir ki, bu barədə kaztag.kz saytı məlumat yayıb.
Bəzi məlumatlara görə hadisə ilə bağlı şübhəli şəxslər saxlanılıb.
Yerjan Babakumarov müxtəlif illərdə İnformasiya Nazirliyində, Almatı şəhər icra hakimiyyətində (akimatda), Baş nazirin aparatında və Prezident Administrasiyasında rəhbər vəzifələrdə çalışıb.
O, həmçinin İctimai Siyasi Elmlər Akademiyasının akademiki, Qazaxıstan Siyasi Elmlər Assosiasiyasının üzvü olub.