Oktyabrın 30-da Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan və komitə rəhbərliyi ilə birlikdə istehkam və mühəndislik işlərinin gedişatını izləmək üçün ölkənin cənub-şərq sərhəd zonasına səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir Papikyan və İstintaq Komitəsinin sədri Poqosyan daha sonra hərbi mövqelərə baş çəkib və növbətçi heyətlə söhbət ediblər.
Müdafiə naziri və İstintaq Komitəsinin sədri xidmətdə fərqlənən bir neçə hərbi qulluqçunu fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediblər.