Fransanın ədliyyə naziri Jerald Darmanin ölkənin keçmiş prezidenti Nikola Sarkozi ilə görüşmək üçün Parisdəki Sante Həbsxanasına baş çəkib.
Modern.az xəbər verir ki, “Le Figaro"nun məlumatəna görə, görüş 29 oktyabr axşamı həbsxana müdirinin iştirakı ilə baş tutub və 45 dəqiqə davam edib.
Əsas mövzulardan biri 70 yaşlı keçmiş prezidentin saxlanma şəraiti olub.
Darmanin həmçinin həbsxana işçiləri ilə təxminən bir saat söhbət edib. Daha əvvəl Parisdəki Sante Həbsxanasının iki məhbusunun Fransanın keçmiş prezidenti Nikola Sarkozini təhdid etdiklərinə görə məhkəmə qarşısına çıxarılacağı açıqlanmışdı.
25 sentyabrda məhkəmə Fransanın eks-prezidenti Sarkozini 2007-ci ildə keçmiş Liviya lideri Müəmmər Qəddafinin onun seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı "Liviya işi"ndə günahkar bilib. İstintaq 10 ildən çox davam edib. Məhkəmə kampaniyanın maliyyələşdirilməsində heç bir qanun pozuntusu aşkar etməyib, lakin Sarkozini onun adından hərəkət edən tərəfdarlarının Liviyadan maliyyə dəstəyi almasına icazə verməkdə günahkar bilib və diplomatik əks tədbirləri də nəzərdən keçirib.
Sarkozi 5 il həbs cəzasına məhkum edilib.
O, oktyabrın 21-də Sante Həbsxanasına salınıb.