Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
Modern.az xəbər verir ki, Paşinyan görüş barədə sosial media səhifəsində yazıb və müşayiət olunan video yayımlayıb.
Paşinyan 29 oktyabrda 8-ci Paris Sülh Forumu çərçivəsində keçirilən "Liderlik Yollarının Kəsişməsində" müzakirəsində iştirak edib.
O, həmçinin 29 oktyabr axşamı Fransa Prezidenti Emmanuel Makron tərəfindən Yelisey Sarayında 8-ci Paris Sülh Forumunda iştirak edən dövlət başçılarının şərəfinə təşkil edilən şam yeməyində iştirak edib.