Modern.az

Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”

Netanyahudan hədə dolu çıxış: “...başqaları etməsə, biz edəcəyik!”

Dünya

30 Oktyabr 2025, 20:32

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında vəziyyətin tənzimlənməsi prosesinə dair kəskin bəyanatla çıxış edib. O bildirib ki, əgər beynəlxalq qüvvələr HƏMAS-ı silahsızlaşdıra bilməsə, İsrail bunu özü həyata keçirəcək.

Modern.az bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verir.

“Axır-əvvəl HƏMAS silahlarından məhrum ediləcək, Qəzza isə demilitarizasiya olunacaq. Əgər bunu beynəlxalq qüvvələr həyata keçirəcəksə, yaxşı. Əgər yox, onda biz özümüz edəcəyik”, - o deyib.

Baş nazir əlavə edib ki, HƏMAS atəşkəs razılaşmasını pozmaqda davam edərsə, İsrail buna cavab olaraq zərbələr endirəcək. Onun sözlərinə görə, bu, artıq iki dəfə baş verib və zərurət yaranarsa, yenidən təkrarlana bilər.

Xatırladaq ki, oktyabrın 9-na keçən gecə ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS-ın Vaşinqtonun təklif etdiyi Qəzza planının birinci mərhələsini qəbul etdiyini edib. Plana əsasən, HƏMAS nə birbaşa, nə dolayı yolla Qəzzanın idarə olunmasında iştirak etməyəcək. Bütün hərbi və hücum infrastrukturu, o cümlədən tunellər və silah istehsal obyektləri məhv ediləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq