 
                                Rusiyalı milyarder, “Renova” şirkətlər qrupunun Direktorlar Şurasının sədri Viktor Vekselberq ölkə iqtisadiyyatının inkişaf layihələrinin maliyyələşdirilməsi üçün bank sisteminin “mobilizasiyasına” çağırıb.
Modern.az xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən “Rusiya sənayeçisi” forumunun plenar iclasında çıxış edərkən bildirib.
“Pul haradan tapaq? Pul yoxdur. Pul olmadan isə heç nə baş vermir. Bu il bankların qazandığı vəsait iqtisadiyyata qaytarılmalıdır”, - deyə Vekselberq vurğulayıb.
Milyarderin sözlərinə görə, bankların gəlirləri dövlətin texnoloji liderlik hədəflərinə xidmət edən layihələrə yönəldilməlidir. O, xüsusilə Sənaye İnkişafı Fondunun əlavə maliyyələşdirilməsini vacib sayıb:
Rusiya Mərkəzi Bankının məlumatına görə, 2024-cü ildə ölkə bankları rekord səviyyədə - 3,8 trilyon rubl xalis mənfəət əldə edib.