Modern.az

“Əl-Qaidə” bu ölkəni ələ keçirməyə yaxındır

“Əl-Qaidə” bu ölkəni ələ keçirməyə yaxındır

Dünya

31 Oktyabr 2025, 08:10

Afrikanın qərbində yerləşən Malidə vəziyyət kritik həddə çatıb.

Modern.az-ın məlumatına görə, “The Wall Street Journal” yazır ki, “Əl-Qaidə” terror şəbəkəsinə bağlı silahlı qruplar paytaxt Bamako istiqamətində irəliləyir və şəhərin ələ keçirilməsi təhlükəsi yaranıb.

Nəşrin məlumatına görə, əgər Bamako ələ keçirilərsə, Mali ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınan bir qruplaşma tərəfindən idarə olunan ilk ölkə olacaq.

Məlumata görə, “Əl-Qaidə”nin Malidəki rəsmi qolu sayılan “Jama’a Nusrat ul-Islam wa al-Muslimin” (JNIM) adlı yaraqlı qrup hökumət qüvvələrinə qarşı genişmiqyaslı hücumlara başlayıb. Onlar paytaxtın yanacaq və ərzaq təchizatını kəsib, nəticədə ölkədə ciddi qıtlıq və bahalaşma yaranıb. Bamako şəhərində yanacağın qiyməti üç dəfə artıb, məktəblər və universitetlər bağlanıb.

Ekspertlərin fikrincə, yaraqlılar “tükəndirmə müharibəsi” taktikasından istifadə edərək Əfqanıstanda “Taliban”ın tətbiq etdiyi strategiyanı təkrarlamağa çalışır, yəni hökuməti daxildən zəiflədərək təslim olmağa məcbur etmək istəyirlər 

Vəziyyətin gərginləşməsi fonunda ABŞ hakimiyyəti öz vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb və səfirlik əməkdaşlarının qismən təxliyəsinə başlayıb.

Xatırladaq ki, Malidə hakimiyyət 2021-ci ildə hərbi çevriliş nəticəsində ordu tərəfindən ələ keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?