Modern.az

General Babayan işdən çıxarıldı

General Babayan işdən çıxarıldı

Dünya

31 Oktyabr 2025, 11:30

Ermənistan polis komandiri Hayk Babayan tutduğu vəzifədən azad edilib.

Modern.az xəbər verir ki, müvafiq sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

“Prezidentin sərəncamı ilə general-mayor Hayk Babayan polis qüvvələrinin komandanı və polis rəisinin müavini vəzifələrindən azad edilib”, - deyə sərəncamda bildirilir.

Babayan bu vəzifəni 2020-ci ilin noyabrından tuturdu.

KİV-in məlumatına görə, Babayan bu il noyabrın 1-dən qüvvəyə minəcək polis mühafizəsinin rəisi təyin olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?