Modern.az

Ermənistanda əməliyyat başladı - yüksək rütbəli hərbçilər HƏBS EDİLDİ

Ermənistanda əməliyyat başladı - yüksək rütbəli hərbçilər HƏBS EDİLDİ

Dünya

31 Oktyabr 2025, 13:40

Eçmiədzində hərbi hissəsində keçirilən əməliyyat tədbirləri Ermənistan Antikorrupsiya Komitəsində açılmış cinayət işi çərçivəsində aparılır.

Modern.az xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

"Hərbi polisdə ehtimal edilən cinayətlə əlaqədar məlumat Antikorrupsiya Komitəsinə göndərilib və burada qanunla müəyyən edilmiş qaydada araşdırma başlanılıb", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bu hərbi hissə ilə bağlı cinayət işi daha əvvəl geniş ictimai əks-səda doğurub. Bu iş üzrə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, general-leytenant Andranik Makaryana və bir sıra digər hərbçilərə qarşı ittihamlar irəli sürülüb.

***

11:51

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları gecə saatlarında Eçmiədzində hərbi hissəyə basqın ediblər.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məlumata görə, saxlanılanlar arasında yüksək rütbəli hərbçilər də var.

Əməliyyatın səbəbi barədə heç bir məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?