Modern.az

"ChatGPT"də qadağalar başladı

"ChatGPT"də qadağalar başladı

Dünya

1 Noyabr 2025, 20:38

"OpenAI" şirkəti "ChatGPT" süni intellekt sisteminə hüquqi və tibbi məsləhətlər verməyi rəsmi şəkildə qadağan edib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında dərc olunub.

 

Bəyanatda qeyd olunur ki, istifadəçilər platformadan yalnız qaydalara uyğun şəkildə yararlanmalıdırlar:

 

“Biz istifadəçilərdən xidmətlərimizdən düzgün istifadə etməyi tələb edirik. Qaydalarımızın və təhlükəsizlik tədbirlərimizin pozulması sistemlərimizə girişin məhdudlaşdırılması və ya digər sanksiyalarla nəticələnə bilər”.

 

Yenilənmiş qaydalar təkcə hüquq və tibb sahəsini deyil, təhsil və kredit kimi digər istiqamətləri də əhatə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu