Modern.az

Siqaret qadağası tətbiq edən ilk ölkə - Maldiv adaları

Siqaret qadağası tətbiq edən ilk ölkə - Maldiv adaları

Dünya

2 Noyabr 2025, 14:57

Maldiv adaları yeni nəsil üçün siqaret qadağası tətbiq edən ilk ölkə olub.

 

Modern.az bu barədə "The Guardian" qəzetinə istinadən xəbər verir.

 

Belə ki, 1 noyabr 2025-ci il tarixindən etibarən 1 yanvar 2007-ci ildən sonra doğulmuş vətəndaşlara tütün məhsullarının alınması, istifadəsi və ya əldə edilməsi qadağandır.

 

Qadağa bütün növ tütün məmulatlarına şamil edilir və pərakəndə satıcılardan alıcıların yaşını təsdiqləmələri tələb olunur.

 

Bu tədbir turistlərə də aiddir. Bundan əlavə, yaşından asılı olmayaraq hər kəs üçün elektron siqaretlərə və veyplərə tam qadağa qüvvədə qalıb. Qaydaların pozulmasına görə cərimələr tətbiq edilib.

 

Nəşr qeyd edir ki, Yeni Zelandiya bu qanunu qəbul edən ilk ölkə ola bilərdi. Lakin qanun 2024-cü ilin iyul ayında qüvvəyə minməli olsa da, vergi endirimlərini maliyyələşdirmək üçün 2023-cü ilin noyabr ayında yeni hökumət tərəfindən ləğv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu