Modern.az

Ermənistanda avtobus aşdı: 18 yaralı

Ermənistanda avtobus aşdı: 18 yaralı

Dünya

2 Noyabr 2025, 18:19

Ermənistanın Tavuş vilayətində avtobus aşıb.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb.

 

İlkin məlumata görə, qəzada 18 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyi yaralılardan birinin vəziyyətinin ağır olduğunu və əməliyyat edildiyini açıqlayıb.

 

Hadisə yerinə təcili yardım xidməti cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır