Modern.az

Ermənistan Türkiyəni gözləyir

Ermənistan Türkiyəni gözləyir

Dünya

3 Noyabr 2025, 19:30

Ermənistan hökumətinin prioritet istiqamətlərindən biri Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən konfransda bildirib.

Qriqoryanın sözlərinə görə, Ermənistan artıq Türkiyə ilə sərhədin açılması üçün bütün zəruri hazırlıqları başa çatdırıb.

O qeyd edib ki, sərhədin açılması həm Ermənistan, həm də Türkiyə iqtisadiyyatına qarşılıqlı fayda gətirə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!