Modern.az

Türkiyəli elçi erməni nazir müavininə bahalı hədiyyə verib

Türkiyəli elçi erməni nazir müavininə bahalı hədiyyə verib

Dünya

4 Noyabr 2025, 13:32

Ermənistan mətbuatı Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın başçılıq etdiyi nümayəndə heyətinin  İrəvana səfəri zamanı xarici işlər nazirinin müavini Vahan Kostanyana hədiyyə verməsindən yazıb.

Modern.az xəbər verir ki, səfər zamanı Serdar Kılıçın xarici işlər nazirinin müavini Vahan Kostanyana bəzədilmiş gümüş boşqab hədiyyə etdiyi bildirilib.

Ermənistan KİV-i yazır ki, Kostanyan hədiyyəni Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edib. Hədiyyənin dəyəri 101 228 dram olaraq qiymətləndirilir.

Yazıda o da qeyd edilib ki, məmurlar dəyəri 60 min dramdan çox olan hədiyyələri dövlətə və ya cəmiyyətə bağışlayırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!