Modern.az

Smartfonlar yoxa çıxacaq - İlon Mask tarix AÇIQLADI

Smartfonlar yoxa çıxacaq - İlon Mask tarix AÇIQLADI

Dünya

4 Noyabr 2025, 14:33

Yaxın beş il ərzində süni intellekt mövcud smartfon texnologiyasını tam əvəz edəcək.

Modern.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask məşhur podkaster Co Roqanın efirində danışıb.

Maskın sözlərinə görə, “telefonun gələcəyi” anlayışı dəyişəcək: cihazlar yalnız süni intellektlə əlaqə yaradan vasitəyə çevriləcək, əməliyyat sistemi və tətbiqlərə isə ehtiyac qalmayacaq.

“Əslində, sizdə serverdə çalışan bir süni intellekt olacaq və o, cihazınızdakı süni intellekt ilə qarşılıqlı əlaqədə olacaq”, - deyə Mask bildirib.

Mənbələr yazır ki, oxşar texnologiya üzərində artıq ChatGPT-nin yaradıcıları da işləyirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
REGİON ÇALXALANIR! Kritik xəbərdarlıq: İrana hücum olacaq!