Türkiyəli nümayəndələr "C-130" hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğradığı ərazidə axtarış-xilasetmə və araşdırma işlərinə başlayıblar.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, türkiyəli nümayəndələr bu gün Bakı vaxtı ilə səhər saat 07:30-da gürcü həmkarları ilə koordinasiyalı şəkildə əraziyə gediblər.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 20 hərbçi, eləcə də heyət üzvlərinin hamısı həlak olublar.