Ukrayna hökuməti “Enerqoatom” ətrafında yaranan korrupsiya qalmaqalı ilə əlaqədar ədliyyə naziri Herman Qaluşenkonu vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Yuliya Sviridenko Telegram hesabında məlumat verib.
Qərar hökumətin növbədənkənar iclasında qəbul olunub. Nazirlik rəhbərinin səlahiyyətlərini Avropa inteqrasiyası məsələləri üzrə nazir müavini Lyudmila Suqak icra edəcək.
Qaluşenko məsələ ilə bağlı feysbuk səhifəsində bildirib ki, hökumətin qərarını anlayışla qarşılayır: “Hesab edirəm ki, istintaq dövründə vəzifədən uzaqlaşdırılmaq mədəni və düzgün addımdır. Öz mövqeyimi hüquqi müstəvidə müdafiə edəcəyəm”.
Qeyd edək ki, Qaluşenkonun adı Ukraynanın dövlət enerji şirkəti “Enerqoatom” ətrafında aparılan korrupsiya araşdırmasında hallanır.