Modern.az

Starmer vəzifədən uzaqlaşdırıla bilər

Starmer vəzifədən uzaqlaşdırıla bilər

Dünya

12 Noyabr 2025, 13:38

Leyboristlər Partiyasının daxilində Baş nazir Kir Starmeri vəzifədən uzaqlaşdırmaq planları müzakirə olunur.

Modern.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Partiya üzvləri arasında onun əvəzlənməsi üçün mümkün namizədlər sırasında səhiyyə naziri Ves Stritingin adının da çəkildiyi bildirilir. Lakin Ves Striting bu iddiaları qəti şəkildə təkzib edib. O, yayılan xəbərləri özünə zərər vuran və mənasız konspirasiya nəzəriyyələri adlandırıb.

Stritingin bu açıqlaması, son günlərdə Dauninq Stritdən K.Starmerin tərəfdarları tərəfindən yayılan və onun vəzifəsini qorumağa yönəlmiş açıqlamalardan sonra səslənib. Mətbuat yazır ki, bu addımlar Leyboristlər Partiyasının bəzi yüksək vəzifəli üzvlərinin Baş naziri əvəzləmək üçün fəaliyyətə keçdiyi barədə iddialara cavab kimi qiymətləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR