Modern.az

Ermənistan da hərbi parad keçirəcək? - Paşinyandan CAVAB

Ermənistan da hərbi parad keçirəcək? - Paşinyandan CAVAB

Dünya

12 Noyabr 2025, 18:40

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı ölkədə hərbi paradın keçirilməsi barədə təkliflərə münasibət bildirib.

Modern.az xəbər verir ki, Paşinyan məsələ ilə bağlı müxtəlif fikirlərin səsləndiyini deyib.

Onun sözlərinə görə, erməni ictimaiyyətində bir qrup parada ehtiyac olduğunu düşünsə də, bəziləri bunun əleyhinədir:

“Bəli, Azərbaycanda keçirilən Zəfər paradından sonra bu mövzu Ermənistanda da aktuallaşıb. Biz sülh gündəliyinə fokuslanmışıq, lakin, eyni zamanda yanlış məlumatların yayılmaması üçün ictimaiyyətin informasiya təhlükəsizliyi təmin edilməlidir”.

Baş nazir əlavə edib ki, əgər paradın keçirilməsi barədə qərar qəbul olunsa, tədbir çox təsirli ola bilər. O, həmçinin əhalinin yeni alınan hərbi texnikaları görmək istəyinin böyük olduğunu, bir çox qrupların artıq paradla bağlı müraciət etdiyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR