Modern.az

Atasına Azərbaycan çayı alıbmış...

Atasına Azərbaycan çayı alıbmış...

Dünya

13 Noyabr 2025, 00:32

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan hərbçi Berkay Karacanın Kırklarelidəki ailəsinə başsağlığı ziyarətləri davam edir.

Modern.az-ın məlumatına gorə, şəhidin atası Nedim Karaca bildirib ki, oğluyla qəzanın baş verməsindən bir gün əvvəl telefonla danışıb:

“Oğlum mənə dedi ki, "ata, sən çayı sevirsən, sənə Azərbaycan çayı aldım". Amma gələ bilmədi...”

Nedim Karaca, özü də ordu veteranı olduğunu qeyd edib, oğlunun uşaqlıqdan hərbçi olmaq arzusunda olduğunu deyib:

“Çox sevirdi işini. 8 ildir xidmət edirdi. Bu il yer dəyişikliyi istəməyə hazırlaşırdı. Deyirdi ki, "ata, təyinat istəyəcəyəm, sənə yaxın Bandırmaya gələcəyəm". Amma gələ bilmədi. Oğlumun toyunu etməli idim, indi cənazəsini dəfn edirəm.”

Sizə yeni x var
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR