Ermənistanın “Hraparak” qəzeti Baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinə boşanmağı qadağan etdiyini iddia edir.
Modern.az xəbər verir ki, nəşrin yazdığına görə, bu məlumat redaksiyaya partiya daxilindəki mənbələrdən çatdırılıb.
Qəzet bildirir ki, partiya üzvlərindən biri Paşinyana müraciət edərək həyat yoldaşından ayrılmaq və “yeni həyata başlamaq” istədiyini deyib. Baş nazir isə buna qəti etiraz edib və boşanmaya icazə verməyib.
Məlumata görə, Paşinyan qərarını belə əsaslandırıb: “Partiyada boşanma limitimiz artıq dolub. Daha heç kim boşana bilməz. Bu, partiyanın cəmiyyət qarşısında imicinə zərər vurur”.
Nəşr yazır ki, Paşinyanın bu mövqeyi hakim komandada narazılıq yaradıb. Rəsmi İrəvan isə məsələ ilə bağlı hər hansı şərh verməyib.