Modern.az

Ayıları silahla vurmağa icazə verildi

Ayıları silahla vurmağa icazə verildi

Dünya

13 Noyabr 2025, 10:56

Bu gündən etibarən Yaponiyada polisin ayıları vurmaq üçün silahdan istifadəsinə icazə verilir.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə son vaxtlar ayı hücumlarının artmasına cavab olaraq belə bir addım atılıb.

Yaponiyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, aprel ayından etibarən ayıların hücumu nəticəsində ölən insanların sayı rekord həddə - 13-ə çatıb.

Qeyd edək ki, indiyədək polis yerli sakinlərin təxliyəsi, ətrafın təhlükəsizliyinin təmin edilməsi və ayıların göründüyü məktəb yollarında patrul xidmətinin yaradılması kimi tədbirlər görüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR