Modern.az

Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi

Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi

Dünya

13 Noyabr 2025, 17:20

Şimali Kipr Türk Respublikasının yeni seçilmiş Prezidenti Tufan Ərhürman Ankaraya gedib.

Modern.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tufan Ərhürmanı rəsmi mərasimlə qarşılayıb.

19 oktyabrda keçirilən seçkilərdən sonra ŞKTR Prezidenti seçilən Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk beynəlxalq səfərini edib.
Ərhürman Ərdoğan tərəfindən Prezident İqamətgahında qarşılanıb.

İki lider mərasim meydanında yerlərini aldıqdan sonra Türkiyənin Dövlət Himni səsləndirilib.

Mərasimdə həmçinin tarix boyu qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb.

Qarşılama mərasimində iştirak edən nümayəndə heyətinin təqdimatından sonra Ərdoğan və Ərhürman Türkiyə və Şimali Kipr Türk Respublikası bayraqları qarşısında şəkil çəkdiriblər.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?