Modern.az

Mirzoyan Gürcüstana gedir

Mirzoyan Gürcüstana gedir

Dünya

13 Noyabr 2025, 17:55

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-də Gürcüstana rəsmi səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, Mirzoyan səfər çərçivəsində gürcü həmkarı Maka Boçorişvili ilə görüşəcək. Tərəflər strateji tərəfdaşlıq və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdən sonra nazirlər mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

XİN başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?