Modern.az

Bəşər Əsədin yaxın adamı MOSSAD agenti imiş

Bəşər Əsədin yaxın adamı MOSSAD agenti imiş

Dünya

13 Noyabr 2025, 20:41

Suriyada hərbi kəşfiyyatın ən yüksək vəzifələrindən birini tutmuş keçmiş general Xalid əl-Xalabi Avstriyada saxlanılaraq hərbi cinayətlərdə ittiham olunub.

Modern.az xəbər verir ki, "The New York Times " qəzetinin araşdırmasına görə, o, uzun illər ərzində İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın agenti kimi fəaliyyət göstərib.

Məlumata əsasən, əl-Xalabi Suriyanın Raqqa şəhərində 2011–2013-cü illər ərzində yerli kəşfiyyat idarəsinin rəhbəri olub və həmin dövrdə siyasi məhbuslara işgəncə verməkdə, qeyri-insani rəftarda və digər ağır cinayətlərdə ittiham edilir.

General 2013-cü ildə Suriyadan qaçdıqdan sonra əvvəlcə Parisdə gizlənib, daha sonra isə MOSSAD əməkdaşlarının və bəzi avstriyalı xüsusi xidmət nümayəndələrinin köməyi ilə Avstriyaya keçirilib. Ona Vyanada siyasi sığınacaq və mənzil verildiyi bildirilir.

NYT yazır ki, Avstriya kəşfiyyatının yüksək vəzifəli şəxsləri İsrail xüsusi xidmətləri ilə əməkdaşlığı genişləndirmək məqsədilə onun Avropaya gətirilməsində maraqlı olublar.

İllərlə davam edən axtarışlara baxmayaraq əl-Xalabinin yeri yalnız onun Budapeşt körpülərindən birində çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşmasından sonra müəyyən edilib. O, 2024-cü ilin dekabrından bəri həbsdədir.

İttiham aktı hazırda Vyana məhkəməsindədir və əl-Xalabinin hərbi cinayətlərdə günahkar olub-olmadığı məhkəmənin qərarı ilə müəyyən olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?