Modern.az

Rusiyanın 40 milyon dollarlıq qırıcısı qəzaya uğradı - ÖLƏN VAR

Rusiyanın 40 milyon dollarlıq qırıcısı qəzaya uğradı - ÖLƏN VAR

Dünya

13 Noyabr 2025, 21:25

Rusiyanın Müdafiə Nazirliyi Kareliya Respublikasında Su-30 tipli qırıcı təyyarənin məşq uçuşu zamanı qəzaya düşdüyünü açıqlayıb.

Modern.az xəbər verir ki, təyyarə planlı təlim uçuşu həyata keçirərkən naməlum səbəbdən qəzaya uğrayıb. Nazirlik bildirir ki, uçuş döyüş sursatı olmadan icra olunub və təyyarə əhaliyə yaxın olmayan ərazidə yerə düşüb.

Qəza nəticəsində təyyarənin iki nəfərlik heyəti həlak olub.

Rusiyadakı təhlükəsizlik strukturlarına yaxın teleqram kanallarının məlumatına görə, Su-30 meşəlik ərazidə — Petrozavodsk şəhəri yaxınlığında, yerli aeroportun yaxınlarında qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, Su-30 qırıcıları çoxfunksiyalı döyüş təyyarələridir və qiyməti 35-40 milyon dollar arasındadıe.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?