Modern.az

KTMT-nin baş katibi “qara siyahı”ya salındı

KTMT-nin baş katibi “qara siyahı”ya salındı

Dünya

14 Noyabr 2025, 00:33

Ukraynanın “Mirotvorets” adlı onlayn bazası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovu siyahısına daxil edib.

Modern.az xəbər verir ki, bu barədə məlumat resursun saytında yer alıb.

Tasmaqambetov Ukraynaya qarşı aqressiyanı dəstəkləməkdə ittiham olunur. “Mirotvorets” Ukraynada “dövlətin təhlükəsinə təhdid yaradan və ya düşmənçilik mövqeyində olan şəxslərin” şəxsi məlumatlarını dərc etməsi ilə tanınır.

Qeyd edək ki, İmanqali Tasmaqambetov 2023-cü il yanvarın 1-dən KTMT-nin baş katibi vəzifəsini icra edir.

Sizə yeni x var
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?