Modern.az

6 ölkənin lideri bir araya gəlir – İlham Əliyev də dəvət edildi

6 ölkənin lideri bir araya gəlir – İlham Əliyev də dəvət edildi

Dünya

14 Noyabr 2025, 08:36

Noyabrın 16-da Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət görüşü keçiriləcək.

Modern.az-ın məlumatına görə, liderlər regional əməkdaşlığın əsas istiqamətlərini müzakirə etmək üçün bir araya gələcək.

Toplantıya Azərbaycan Prezidenti İlham Əliyev dəvət olunub.

Görüşdə Mərkəzi Asiya ölkələrinin lideri - Özbəkistan Prezidenti Şavkat Mirziyoyev (ev sahibi), Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcək.

Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi fonunda Prezident İlham Əliyevin toplantıya dəvəti regionda Azərbaycanın artan rolunun göstəricisidir.

Sammitdə Transxəzər dəhlizinin inkişafı, enerji təhlükəsizliyi, ticarət həcmlərinin artırılması, su resurslarının idarə olunması, rəqəmsal iqtisadiyyat və regional sabitlik kimi məsələlərin gündəmdə olacağı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!